NATO-nun baş katibi ölümdən döndü - HADİSƏ YERİNDƏN
NATO-nun baş katibi Yens Stoltenberq Varşavada avtomobil qəzasına düşüb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onun xidməti avtomobili qarşıdan gələn minibenlə toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb.
Avqustun 24-də Polşanın sabiq prezidenti, 73 yaşlı Lex Valensa da avtomobil qəzası keçirib. O da xəsarət almayıb.
2017-ci ildə Polşanın baş naziri Beata Şidlonu müşayiət edən maşın karvanı "Fiat"la toqquşub. Onun iki mühafizəçisi xəsartət alıb. Ondan öncə isə 2015-cı ildə Polşanın baş naziri də avtomobil qəzası keçirib.