Azərbaycanda ən azyaşlı böyrək xəstəsinin 6 yaşı var

"Bizim hesablamalarımıza görə, Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən təxminən 10 mindən artıq xəstə var". APA TV-nin xəbərinə görə, bu fikirləri Cavadzadə adına Kliniki Urologiya Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib. Fariz Babayev bildirib ki, mediada maarifləndirmə işinin aparılmasının böyrək xəstələrinin aşkarlanmasında böyük rolu olub: "Bizi sevindirir ki, xəstələrimiz müalicəyə daha tez, vaxtında cəlb olunurlar. Amma qeyd etdiyim xəstələrdən 2300 nəfər böyrək çatışmazlığının son mərhələsini yaşayır".

 

Fariz Babayev deyib ki, Azərbaycanda böyrək köçürmə problemi həll olunmaq üzrədir. Onun sözlərinə görə, Mərkəzi Neftçilər xəstəxanasında və Cavadzadə adına Kliniki Urologiya Xəstəxanasında böyrək köçürmə əməliyyatları dövlət hesabına həyata keçirilir: "Əsas problem donor məsələsidir. Qohumların donor olması vacibdir və bu donorluq uyğun gəldiyi halda böyrəkköçürmə əməliyyatı dövlət tərəfindən həyata keçirilir".

 

Hazırda Azərbaycanda böyrək çatışmazlığında əziyyət çəkən ən azyaşlı xəstənin 6, ən yaşlı xəstənin isə 83 yaşı var. Fariz Babayevin sözlərinə görə, xroniki böyrək çatışmazlığı riski uşaqda anadan olandan başlayır. Bu xəstəlik insanda hər yaşda yarana bilər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova