Şimali Koreya Yaponiya istiqamətində raketlər buraxdı
Şimali Koreya hərbçiləri Yapon dənizinə bir neçə raket buraxıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildiriblər.
Raketlər Şimali Koreyanın Kanvondo əyalətindəki kosmodromdan buraxılıb. Raketlər 250 km qət edib. Pxenyanın ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.