Küləkli hava davam edəcək
Avqustun 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Ehtiyatlar Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 21-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16,
gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.