Türkiyə Suriya ərazisini vurdu: SƏRHƏDƏ ORDU YIĞILIR
Türkiyə Silahlı Qüvvələrinə məxsus sərhəd birlikləri Suriyanın Afrin şəhərindəki PYD mövqelərini atəşə tutub.
APA TV-nin məlumata görə, Kilis sərhəd xəttindəki hərbi birliklərdən uzaqvuran toplarla terrorçuların Afrindəki mövqeləri vurulub. Azad Suriya Ordusuna məxsus döyüşçülər də PYD-yə qarşı əməliyyata başlayıb. Azez çöllərində Suriya müxalifləri ilə PYD üzvləri arasında döyüş baş verib.
Kilis sərhəd xəttində təhlükəsizlik tədbirləri gücləndirilib. Yaxın vilayətlərdən Kilisə 6 top, hərbçiləri daşıyan 4 zirehli avtomobil gətirilib.