Evdən 20 min dollar və 80 min manatlıq qızıl apardılar - BAKIDA MÜƏMMALI OĞURLUQ
Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədov polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Hadisə gecə saat 3 radələrində qeydə alınıb. Hazırda ailəyə yaxın şəxslərin dindirilməsi prosesi aparılır.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.