“Bakutel”in sərgisində nələr nümayiş olunacaq?

"Dünyanın bir çox İKT mütəxəssisi “Bakutel” sərgisinin keçirildiyi müddətdə bir araya gələcək".
APA TV-nin xəbərinə görə, rabitə və informasiya texnalogiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, proqrama internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminar və konfranslar, “Azərbaycan-İsrail”, “Azərbaycan-ABŞ” İKT forumları daxildir. İşgüzar proqramın əsas tərkib hissəsi isə beynəlxalq əməkdaşlığa həsr olunmuş tədbirlər həyata keçiriləcək. Dünyanın 20-dən çox ölkəsindən 50-dən artıq nümayəndə heyətini bir araya gətirəcək “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq: problemlər və perspektivlər” mövzusunda konfrans Azərbaycan üçün mühüm tədbirə çevriləcək. Dünya Azərbaycanlılarının I Onlayn Konfransı dekabrın 2-də, I Regional İnternet İdarəçilik Forumu isə dekabrın 2-4-də keçiriləcək.

 

Sərgiyə dünyanın 28 ölkəsindən 300 şirkət qatılacaq. Bu il 15 ölkə milli pavilyonu ilə sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirəcək. Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcək.
“Bakutel 2013” sərgisi dekabrın 2-5-də Bakı Ekspo Mərkəzində həyata keçiriləcək.
 

Müəllif | Apa.Tv