Evindən balıq tutdu, "Facebook"da paylaşdı - NONSENS
ABŞ-da tüğyan edən "Harvi" qasırğası dağıntı, insan itkisi ilə bərabər maraqlı hadisələrə də səbəb olub. APA TV-nin məlumatına görə, təbii fəlakətin daha çox ziyan vurduğu Texasda bir nəfər su dolan evindən balıq tutub.
Onun həyat yoldaşı hadisəni telefonla çəkib və "Facebook" səhifəsində paylaşıb: "Artıq yemək problemimiz yoxdur, o bizim qonaq otağımıza qədər özü gəlir" - deyə, qadın paylaşdığı videoya şərh yazıb. Paylaşım 14 milyondan artıq baxılıb.