İsrail BMT-ni hədələdi - MALİYYƏNİ DAYANDIRACAĞIQ!
"BMT ölkəmizə qarşı qərəzli davranış sərgiləyir. İsrail buna dözmək fikrində deyil və qurumun maliyyələşdirilməsini dayandıracaq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu xarici işlər nazirinin müavini Tsipi Hotoveli bildirib. O deyib ki, ölkəsinin mövqeyi 28-29 avqust tarixlərində İsrailə səfəri zamanı BMT-nin baş katibinə də çatdırılacaq.
Nazir müavini rəsmi Vaşinqtonun da ölkəsilə eyni fikirdə olduğunu qeyd edib və Nikki Heylinin BMT-nin İsrail yanaşması ilə bağlı fikirlərini xatırladıb.
Qeyd edək ki, İsrailin BMT-yə ödədiyi illik vəsaitin məbləği 11 milyon dollar təşkil edir.