ABŞ qırıcıları Rusiya sərhədində patrul uçuşlarına başlayır
"ABŞ hərbi aviasiyasının "F-15 Eagle" qırıcıları sentyabrın 1-dən Baltikyanı ölkələrdə havadan patrul həyata keçirəcək".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Litvanın Müdafiə Nazirliyindən bildiriblər. Patrulun təhvil-təslim prosesi avqustun 30-da gerçəkləşəcək. Eyni zamanda ABŞ təyyarələrinin İngiltərədəki "Lakenheath" bazasından havaya qalxacağı açıqlanıb.
Qeyd edək ki, Baltikyanı ölkələr hava patruluna yararlı təyyarələrə malik olmadığından, 2004-cü ilin aprelindən etibarən bu missiyanı NATO ölkələri üzərinə götürüb.