İrəvanda kimya zavodu yanır, partlayış təhlükəsi var - YANĞIN ANI
Ermənistanın ən böyük kimya zavodunda yanğın başlayıb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə İrəvandakı "Nairit" zavodunda qeydə alınıb.
Yerli vaxtla saat 13:10 başlayan yanğın davam edir. Hadisə yerinə çox sayda yanğınsöndürən və xilasedici cəlb edilib. İçəridə xeyli işçinin olduğu deyilir. Partlayış təhlükəsi var, yaxın ərazilərdən insanların evakuasiya ediləcəyi istisna deyil.