Yaşlı ingilis cütlük davul-zurna ilə evləndi - TÜRKİYƏDƏ
Türkiyədə ingilis cütlük davul-zurna ilə toy edib.
APA TV-nin məlumatına görə, 52 yaşlı Deyli Devislə 49 yaşlı Anita Conson Muğlada özlərinə türk ənənəsi ilə toy ediblər.
Faytonla turistik Hisarönü Çarşısında gəzən cütlük tətilə gələnlərin, turistlərin marağına səbəb olub: "20 il öncə Türkiyə gələndə bir türk toyu görüblər. Xoşlarına gəlib. Biz də davul-zurnalı, faytonlu türk adətlərinə uyğun bir toy təşkil etdik".
Bəylə gəlin şəhərin mərkəzində faytondan düşərək rəqs ediblər. Ətrafdakıların alqışı ilə sonra otelə gedən cütlük əyləncələrinə davam ediblər.