27 yaşlı Ucar sakinini Kürdəmirdə avtomobil vuraraq öldürüb
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayon sakini, 1966-ci il təvəllüdlü Ələkbərov Oruc Ələkbər oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən piyada Ucar rayonun Bərgüşad kənd sakini, 1990-cı il təvəllüdlü Behbudov Ceyhun Hüseyn oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.