Narkotik vasitə satmaq istəyən Hacıqabul sakini saxlanıldı
Hacıqabul sakinindən satış üçün nəzərdə tutulan narkotik maddə götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbiri zamanı M.Ə.Rəsulzadə küçəsi 101 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Talıbov Əlvi Əliniyaz oğlunun yaşadığı evə baxış keçirilib və oradan 10,914 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Satış üçün nəzərdə tutulan narkotik vasitə kibrit qutusunda 8 ədəd sellofan bükümdə aşkar edilib. Ə.Talıbov polis tərəfindən saxlanılıb.
Onun barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.