Azərbaycanda vətəndaşlığı olmayan 4500 nəfər var

Hazırda Azərbaycanda vətəndaşlıq sənədi olmayan 4500 şəxs var. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson deyib. Onun sözlərinə görə, həmin şəxslərin vətəndaşlığını müəyyən etmək üçün sənədlərində problem var: "Hazırda bu problemin həlli vacibdir. Azərbaycanda vətəndaşsızlıq barədə problem olmamalıdır. 1998-ci ildə Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin çoxuna vətəndaşlıq hüququ verildi. Bunlardan 250 mini Ermənistandan gələnlər, 50 mini məhsəti türkü, 7 mini isə İrandan gələnlər idi".

 

Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Azərbaycan vətəndaşlıq və vətəndaşsızlıqla bağlı bir sıra beynəlxalq müqavilələrə və konvensiyalara qoşulub. Onun sözlərinə görə, BMT Azərbaycanda məcburi köçkünlərin də statusuna beynəlxalq səviyyədə aydınlıq gətirməlidir.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə vətəndaşsızlığa dair məşvərət iclası keçirilib.

 

Müəllif | Apa.Tv