Rusiyalı telejurnalist Ukraynadan deportasiya edildi
Rusiyanın Birinci kanalının müxbiri Anna Kurbatova Ukraynadan ölkəsinə deportasiya edilib.
APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Elena Qitlyanskaya “Feysbuk” səhifəsində yazıb.
“Anna Kurbatova Ukrayna-Rusiya sərhədini keçib. Ona 3 il müddətinə Ukrayna ərazisinə daxil olmağa qadağa qoyulub”, Elena Qitlyanskaya yazıb.