GƏNCƏDƏ DAYI BACISI QIZI İLƏ EVLƏNDİ VƏ BOŞANDI

Tovuz rayonunda məktəblilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Tovuz rayon Polis Şöbəsindən APA-TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib. Məlumata görə, kənd sakini 15 yaşlı Kamran Quliyev bıçaq xəsarətləri ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Məktəbli döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə cərrahiyyə şöbəsində əməliyyat edilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Tovuz rayon Polis Şöbəsindən bildiriblər ki, K. Quliyevin məktəbli yoldaşları ilə mübahisə edib.

Digər bıçaqlanma hadisəsi isə Gəncə şəhərinin Fərhad Əliyev küçəsi bina 5 mənzil 4-də qeydə alınıb. Şəhər sakini, 44 yaşlı İsfəndiyar Məcid oğlu Zeynalov öz atası, 70 yaşlı Məcid Zeynalovu və ögey qardaşı, 20 yaşlı Taleh  Zeynalovu bıçaqlayıb. Hər iki yaralı qonşuların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra ata və oğulun həyatını xilas etmək mümkün olub.

Şahidlərinin sözlərinə görə, hadisə ailə münaqişələri zəminində baş verib. Taleh Zeynalov ögey bacısının qızı ilə ailə həyatı qursa da, sonradan ondan ayrılıb. Hər iki faktla bağlı cinayət işi acılıb araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli