ABŞ-ın qorxduğu başına gəldi - KİMYA ZAVODU PARTLADI
ABŞ-ın Hyuston şəhərində kimya zavodunda partlayışlar baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə "Harvi" qasırğasının 6 gündür tüğyan etdiyi Texas ştatı ərazisində qeydə alınıb.
Partlayış baş verən ərazidə səmanı qara tüstü qatı bürüyür.
Zavodda partlayış təhlükəsi yarandığı barədə iki gün əvvəl xəbərdarlıq edilib və yaxınlıqdakı sakinlər təxliyə edilib.
Buna baxmayaraq dairə polisinin rəis müavini və daha doqquz nəfər partlayışlar zamanı xəsarət alıb.
Xatırladaq ki, "Harvi" qasırğası ABŞ-ın Texas bölgəsində insan itkisinə və böyük dağıntılara səbəb olub. Sözü gedən zavodda da qəza təhlükəsi məhz bu səbəbdən yaranıb.