"Rüstəm İbrahimbəyov siyasi prosesdə istifadə edildi" - SORĞU

“Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa qərarında məhz reallıqlar həlledici rol oynadı”.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, o ölkədəki ictimai-siyasi vəziyyəti qiymətləndirərək belə bir qərar qəbul edib. Bu qərarın Müsavat Partiyasında müzakirə olunacağını bildirən partiya rəsmisi hesab edir ki, Şuranın fəaliyyətinin yaxşılaşması yalnız sədrdən asılı deyil: "Milli Şuranın sədri kim olacaq? Milli Şurada rəhbər strukturlarda kimlər olacaq bu da əhəmiyyətli məslədir. Amma mənə görə, həll edici məsələ deyil. Mən hesab edirəm ki, bunlar ikinci dərəcəli məsələlərdir. Milli şuranın fəaliyyətində yenilik olmalıdır".

 

Rüstəm İbrahimbəyovun Şuranın maraqlarını əsas götürərək bu addımı atdığını deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA TV-yə bildirib ki, təmsil etdiyi partiya onun qərarına hörmətlə yanaşır: "Rüstəm bəy artıq  Bakıda olmamasına görə, bundan sonrakı fəaliyyətini davam etdirmək imkanları yoxdur. Təbii ki, son dönəmlər Milli Şura sədri olaraq qalması ilə bağlı diskussiyaların müəyyən təsiri var. Bu diskussiyaların Milli Şurada  gərginliyə yol açmaması üçün belə addım atıb.

 

Qərar Milli Şuranın iflasının başlanğıcı sayıla bilər.  Yeni Azərbaycan partiyasının siyasi şurasının üzvü Aydın Hüseynov hesab edir ki, Rüstəm İbrahimbəyov Mili Şuraya müvəqqəti olaraq gətirilmişdi və siyasi prosesdə istifadə edildi: "Milli Şuranın dağılmasını sürətləndirəcək ən böyük səbəblərdən biri məhz Cəmil Həsənlinin rəhbər təyin olunandan sonra başlayacaq.  Bu gün Cəmil Həsənlini qəbul etmirlər. Milli Şura adı altında üzdə görüntü yaradıb bir araya gələnlər Cəmil Həsənli ilə birləşməsi qeyr-mümkündür".

 

Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən istefa verməsi ilə bağlı Milli Şuraya məktub göndərib. Bildirib ki, Bakıda olmadığından sədrlikdən gedib, bu vəzifəni Cəmil Həsənlinin üzərinə götürməsini tövsiyyə edib.

Müəllif | Apa.Tv