Gəncə sakini Göygöldə öldürüldü
Göygöl rayonunda qətl hadisəsi törədilib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Hacıməlikli kəndi yaxınlığında, "Düzənlik" adlanan yerdə qeydə alınıb.
Gəncə sakini, 1986-cı il təvəllüdlü Tural Faləddin oğlu Məmmədov həmin yerdə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.