Sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşənlərə yeni mənzillər tikilir

Qusar rayonu ərazisində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni yaşayış evləri tikilib. APA TV-nin xəbərinə görə, rayonun Qənərçay kəndi ərazisində 16 fərdi yaşayış evinin inşası başa çatıb.

 

Qusar rayon İcra Hakimiyyəti başçısının Sudur İnzibati Ərazi Vahidliyinin nümayəndəsi İkram Əsədovun verdiyi məlumata görə, yeni inşa olunan evlərin həyətyanı sahəsi 6 sotdur. Ərazidə 2-3-4 otaqlı, müasir standartlara uyğun evlər inşa olunur: "Keçən ildən - 2012-ci ilin iyul ayından ərazimizdə evlərin tikintisi başlayıb. Göründüyü kimi evlər tikilib qurtarıb. İçəridə tamamlanma işləri gedir. Yaxın gələcəkdə, yaxın günlərdə, bir-iki ay ərzində, tam hazır vəziyyətdə zərər çəkən ailələrə veriləcək".

 

Evlərin 2014-cü ilin əvvəllərində sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Vəli Turan