Bakıda gilavar əsəcək
Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 21-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25,Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.