İŞİD-in "ölüm-qalım" mübarizəsi - SURİYADA SON HÜCUM BAŞLADI
Suriya hökumət qüvvələri ölkənin şərqində yerləşən Deyr-əz-Zor vilayətinin mərkəzinə doğru hücuma keçib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, ordu rəhbərliyi 48 saat ərzində əməliyyatı bitirmək istəyir.
Suriya Milli Birlik Təşkilatı hərbi əməliyyatların intensivləşməsi ilə dinc sakinlər arasında itkilərin olacağından narahatlığını bildirib:
"Əhalinin oradan çıxarılması üçün yollar tapılmalıdır. Çıxmaq istəyənlərə şərait yaradılmalıdır. Döyüşən tərəflər bu barədə düşünməlidir".
Xatırladaq ki, Deyr-əz-Zor 2015-ci ildən İŞİD-in nəzarətindədir. Bu, terrorçu qruplaşmanın Suriyadakı son sığındığı bölgədir. Ölkənin başqa yerində olan terrorçular da hazırda burda cəmləşib.