"Arakan Xilas Ordusu" üsyana başladı: BUDDA MƏBƏDİ YANDIRILDI
Myanmanın "Arakan Rohindjin Xilası Ordusu" Rakhayn ştatındakı budda məbədlərini yandırmağa başlayıb.
APA TV-nin məlumatına görə, məbədlərdəki budda heykəlləri üzərində vandalizm aktı törədilib, ərazidə yandırılmış budda məbədləri aşkarlanıb. Qeyri-sabit vəziyyət səbəbindən ştatdakı 400 məktəb fəaliyyətini dayandırmalı olub.
Xatırladaq ki, ştatda vəziyyət avqustun 25-dən etibarən, hökumətin terrorçu hesab etdiyi qruplaşmanın 30-dan artıq polis məntəqəsinə hücumundan sonra gərginləşib. Buddistlərlə müsəlmanlar arasında həftə boyunca baş verən toqquşmalarda ölənlərin sayı 400 nəfərə çatıb.