Bakıda DƏHŞƏTLİ QƏZA: SIXILMIŞ MEYİTLƏR avtomobildən çıxarıldı

Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan magistral yolunun 61-ci kilometrliyində ağır yol qəzası baş verib. Yol qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu  hadisə yerinə yollanıb.

 

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, sürücüsü məlum olmayan "KamAZ" markalı 90 JF 164 dövlət nömrə-nişanlı yük avtomobili ilə şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi "VAZ 2106" markalı 07 BD 435 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya  uğrayıb.

 

Qəza zamanı "VAZ 2106" markalı avtomobildə olan sərnişin zərbə nəticəsində avtomobilin ön hissəsindən yerə düşüb. O, aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

 

Ağır deformasiyaya uğramış "VAZ 2106" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və şəxsiyyəti məlum olmayan digər sərnişin də aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində keçiniblər.

 

APA TV-nin xəbərinə görə, Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxararaq hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil veriblər. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv