İŞİD daha bir bölgədə nəzarəti itirdi
Əsəd rejiminin rəhbərlik etdiyi Suriya ordusu İŞİD-in mühasirəsi altında olan ölkənin şərqindəki Deyr əz-Zor şəhərinə girib. Terror təşkilatı bu bölgəyə üç il idi ki, nəzarət edirdi.
APA TV xəbər verir ki, Suriya ordusu axşam saatlarında şəhərin qərb hissəsində Əl-Harrata neft yatağını da ələ keçirib.
Suriya ordusu şəhərin qərb hissəsində mühasirə altında saxlanılan bir qarnizonla da təmas qurduğunu açıqlayıb.
İŞİD-in ən çox itirdiyi bölgələrdən biri kimi tanınan Deyr əz-Zor şəhəri 2014-cü ildən etibarən bu terror təşkilatının mühasirəsi altında idi.