Bakının nə qədər əhalisi var? - AÇIQLAMA
2017-ci ilk yarısında Bakı şəhərinin əhalisinin sayı 8 min nəfər və ya 0,3 faiz artaraq iyul ayının 1-i vəziyyətinə 2 milyon 253 min 800 nəfərə çatıb.
Bakı Şəhər Statistika İdarəsindən APA TV-yə verilən məlumata görə, əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1053 nəfər olub.
2017-ci ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.