Yüksək sürətlə hərəkət edən qum dolu yük maşını aşdı

APA TV-nin xəbərinə görə, "90 NU 571"dövlət nömrə nişanlı, "Mercedes Benz" markalı yük maşını qumla yüklü olub. Sürücü 110 km/saat sürət limiti olan yolda qəfil idarəetməni itirib. Daha sonra yoldan çıxaraq aşıb. APA TV-nin xəbərinə görə, hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Yüngül xəsarət alan sürücü içki müayinəsi üçün müvafiq məntəqəyə aparılıb. Yük maşını isə, yararsız hala düşüb. Faktla bağlı Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv