Putin: "Tramp mənim gəlinim deyil"
"Rusiya ABŞ-ı məhkəməyə verəcək". APA TV-nin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin ABŞ-dakı Rusiyaya aid diplomatik nümayəndəliklərin yerləşdiyi binaların müsadirəsinin çox kobud formada aparıldığını deyib:
"İlk öncə Rusiya Xarici İşlər Nazirliyinə məhkəməyə müraciət etmək təlimatı verəcəyəm. Çox təriflənən Amerika məhkəmə sisteminin nə qədər "yaxşı" işlədiyini görəcəyik".
Putin, Trampın və onun administrasiyasını təcrübəsiz hesab edib-etməməsi ilə bağlı jurnalistin sualına "Tramp mənim gəlinim deyil, mən də onun bəyi" sözləri ilə cavab verib.