Sumqayıtda naqil oğrusu tutulub
Sumqayıtda naqil oğrusu tutulub.
APA TV-nin xəbərinə görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı şəhər ərazisində silsilə oğurluqlar edən 22 yaşlı Fərid Baxşəliyev yaxalanaraq istintaqa təhvil verib.
Araşdırmalar zamanı məlum olub ki, o, tikilməkdə olan mənzillərdən təmir-tikinti materialları və elektrik naqillərini oğurlayaraq dəyər-dəyməzinə satıb.
Baxşəliyev 6 mənzildən oğurluq etdiyini etiraf edib. Polis isə bu rəqəmin daha çox olduğunu güman edir.