Əfqanıstanda NATO bazasına hücum: gürcü hərbçilər yaralandı
Əfqanıstanda ABŞ-ın “Baqram” hərbi bazasına hücum olub. APA TV-nin məlumatına görə, terrorçu-intiharçı bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.
Terror aktı nəticəsində 3 Gürcüstan hərbi qulluqçusu yaralanıb. Faktı təsdiqləyən Gürcüstan müdafiə nazirliyi hərbçilərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.
“Leytenant İveri Buadze əməliyyat olunub”, nazirlikdən bildirilib.
Qeyd edək ki, 800 Gürcüstan hərbçisi NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda iştirak edir.