Türkiyədə terror: ölənlər və yaralananlar var
Türkiyənin Hakkari vilayətinin Yüksəkova qəsəbəsində terror aktı törədilib. APA TV-nin məlumatına görə, terror hücumu elektrik şirkətinin əməkdaşlarına edilib.
Qəsəbənin Çobanpınar kəndi ərazisində elektrik xətlərində təmir işləri aparılarkən PKK terrorçuları şirkət əməkdaşlarına hücum ediblər. Hadisə nəticəsində 2 işçi ölüb, 3 nəfər yaralanıb.
Terrorçuların ələ keçirilməsi üçün bölgədə əməliyyat başlayıb.
Hakkari valiliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, terror hücumunun hədəfi elektrik şirkətinin avtomobili olub.