Pxenyana neft embarqosu qoyulur - TOKİO VƏ SEUL TƏRƏFİNDƏN
"Yaponiya və Cənubi Koreya Şimali Koreyaya neft embarqosu tətbiq etmək niyyətindədir".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, artıq hər iki ölkə bu barədə razılıq əldə edib və bu məsələ yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq.
Qeyd edək ki, sentyabrın 3-də Şimali Koreya eyni zamanda qitələrarası ballistik raket başlığı ola biləcək hidrogen bombasını sınaqdan keçirib.