Ukraynada toqquşmalar davam edir

Ukraynanın paytaxtı Kiyevdə xüsusi Milis Azadlıq meydanında (Maydanda) keçirilən mitinqin iştirakçılarını mühasirəyə alıb.

 

APA TV-nin xəbərinə görə, xüsusi təyinatlı dəstə “Berkut”un döyüşçüləri meydanın bütün ətrafını əhatələyiblər. Maydan iki yerə bölünüb. Mitinq iştirakçılarının böyük bölümü Azadlıq abidəsinin yanındadır, qalan hissəsi isə meydanın digər hissəsində mühasirəyə alınıb. Nümayişçilər xüsusi təyinatlılara tərəf bir neçə tüstü şaşkası atıblar. Milislə nümayişçilər arasında periodik toqquşmalar olur. Xüsusi təyinatlılar əleyhqaz geyiniblər. Hazırda meydanda iki minə qədər nümayişçi var, amma insanların sayı artmaqdadır.

 

Müəllif | Apa.Tv
Apa.tv