Milis Ukraynada aksiyanı dağıtdı
Ukrayna milisi avrointeqrasiya tərəfdarlarının Kiyevin Müstəqillik meydanında keçirdiyi aksiyanı dağıdıb. “RİA Novosti”nin yaydığı xəbərə görə, DİN-in xüsusi təyinatlı “Berkut” dəstəsi yerli avxtla səhər saat 4:00-da meydanda bir neçə yüz insanın qalmasından istifadə edərək aksiya iştirakçılarını qovub.
APA TV-nin xəbərinə görə, Ukrayna parlamentinin deputatı Andrey Şevçenko aksiyanın dağıdılması zamanı onlarla insanın xəsarət aldığını və həbs olunduğunu bildirib. Təkcə Kiyevin Şevçenko rayon Mili Şöbəsinə 30-dan çox aksiyaçı aparılıb.
Hazırda meydan milis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Kommunal xidmətlərin əməkdaşları orada təmizlik işləri görür.