Rəsulzadə qəsəbəsində 43 yaşlı qadını maşın vurdu
Gecə saatlarında Bakının Binəqədi rayonunda piyadanı avtomobil vurub. APA TV-nin xəbərinə görə, hadisə Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində baş verib.
Prospektlə yolun qarşı tərəfinə keçmək istəyən 1974-cü il təvəllüdlü paytaxt sakini Əliyeva Sevda Aftandil qızını yaxınlaşmaqda olan "VAZ 2107" markalı minik maşını vurub.
Qadın elə həmin avtomobilin sürücüsünün köməkliyi ilə yaralı halda 1 saylı Xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti orta ağırdır.
Yol qəzasının baş verməsi səbəblərini Binəqədi polisi araşdırır. Artıq sürücünün ifadəsi də alınıb.