7 nəfər evdə bişirilən piroqdan zəhərləndi - AĞDAMDA
Ağdamda qidadan zəhərlənmə faktı qeydə alınıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində baş verib.
Yaxınlarının təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırdığı 1995-ci il təvəllüdlü Süleymanova Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu, 1988-ci il təvəllüdlü Həsənova Nuranə Üzeyir qızı, 1970-ci il təvəllüdlü Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı, 1959-cu il təvəllüdlü Həsənova Bəsurə Səməd qızı və 1935-ci il təvəllüdlü Süleymanova Zərifə Həsən qızına həkimlər tibbi yardım göztərib. Onların ev şəraitində bişirilmiş piroqlardan zəhərləndikləri ehtimal olunur.
Ağdam Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, zəhərlənənlərin vəziyyəti orta ağırdır.