Bakıda küləkli hava şəraiti davam edəcək
Sentyabrın 9-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 19-22, gündüz 27-30 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.