Türkiyə ordusu PKK-ya qarşı əməliyyatda şəhid verdi
Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 1-i yaralanıb
APA TV-nin məlumatına görə, insident Bingöl vilayətinin Adaklı qəsəbəsində qeydə alınıb.
Terrorçularla hərbçilər arasında baş verən atışma zamanı yaralanan iki əsgər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.