Qobustanda dəhşətli qəza: ANA VƏ İKİ OĞLU ÖLDÜ

Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, noyabrın 29-da saat 22.00 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində Astara rayon sakini Orucəli Fərzəliyevin idarə etdiyi “VAZ-2106” markalı və Bakı şəhər sakini Saday Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. O.Fərzəliyevin sərnişinləri - qardaşı Oqtay, anası Zəkiyyə hadisə yerində ölüb.

 

APA TV-nin xəbərinə görə, yol qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu  hadisə yerinə yollanıb.

 

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, "KamAZ" markalı 90 JF 164 dövlət nömrə-nişanlı yük avtomobili ilə ş "VAZ 2106" markalı 07 BD 435 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb. Qəza zamanı "VAZ 2106" markalı avtomobildə olan sərnişin zərbə nəticəsində avtomobilin ön hissəsindən yerə düşüb. O, aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. "VAZ 2106" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və digər sərnişin də aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində keçiniblər.

 

Müəllif | Apa.Tv
Apa.tv