Piroqdan zəhərlənən altınəfərlik ailə yenidən xəstəxanada - VƏZİYYƏTLƏRİ AĞIRLAŞIB
Ağdamda 3 gün əvvəl qidadan zəhərlənən ailənin 6 üzvü yenidən Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, 8 sentyabrda axşam saatlarında Ağdam Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə diaqnozu ilə daxil olan rayonun Zəngişalı kənd sakinləri 1995-ci il təvəllüdlü Süleymanova Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu, 1988-ci il təvəllüdlü Həsənova Nuranə Üzeyir qızı, 1970 Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı və 1959-cu il təvəllüdlü Həsənova Bəsurə Səməd qızı səhhətlərində yaranmış narahatlıqla bağlı yenidə xəstəxanaya çatdırılıb.
Onların ev şəraitində bişirilən piroqlardan zəhərləndikləri ehtimal olunur. Həkimlər xəstələrin vəziyyətini orta ağır qiymətləndirir.