Mərkəz direktoru: "350 min hektar ərazidə əkin işləri aparılır"

"Ölkədə yeni buğda sortunun yetişdirilməsi üçün 350 min hektar ərazidə əkin işləri aparılır".

 

APA TV-nin xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev deyib ki, gətirilən yeni sortların yerli şəraitə uyğunlaşdırılması eyni zamanda iqlim dəyişikliyi ilə əlaqədar xüsusilə quraqlığa davamlı sortların əkilməsi istiqamətində yeni layihə hazırlanır.

 

Əsəd Musayev deyir ki, iqlimlə əlaqədar yaranan yeni təhlükəli xəstəliklərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür. Son vaxtlar beynəlxalq təşkilatlarla aparılan əməkdaşlıq nəticəsində ölkəyə yeni 4 növ  buğda sortunun gətirildiyini deyən direktor sözü gedən sortun  yerli təsərüfatlarda əkinin 35%-ni təşkil etdiyini bildirdi. Əsəd Musayev toxumculuğun əsas hissəsinin özəl sektorun payına düşdüyünü də bildirib.

 

Bakıda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Himayədarlar Şurasının 53-cü toplantısı keçirilir. Toplantı dekabrın 4-dək davam edəcək.

 

Müəllif | Apa.Tv