Gəncədə 69 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə avtomobil piyadanı vurub. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Gəncə sakini Zeynalov Cəlal Nuşirəvan oğlu "Mercedes" markalı avtomobillə vurulub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Lakin ağır xəsarətlər alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
1948-ci il təvəllüdlü Zeynalov Cəlal Nuşirəvan oğlu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.