“VAZ 2107” toqquşdu, BİR NEÇƏ DƏFƏ AŞDI, çökəyə düşdü
Ağsu rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Ağsu-Bico yolunun 4-cü kilometrliyində qeydə alınıb. Ağsu sakini 53 yaşlı Zakir Kərimovun idarə etdiyi “QAZ 3110” markalı minik maşını qarşı tərəfdən gələn Vasif Heybətova məxsus “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Güclü zərbənin təsiri nəticəsində “VAZ 2107” yoldan çıxaraq, bir neçə dəfə aşıb və çökəyə düşüb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü, eləcə də maşınlardakı sərnişinlər -15 yaşlı Elgün Heybətov, 30 yaşlı Kərimov Hətəmxan, 84 yaşlı Almaz Kərimova və 50 yaşlı Gülnarə Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.