AZƏRBAYCANDA DAHA BİR İLK: Qapalı formada aorta əməliyyatıaparılıb

Azərbaycanda dünyda çətin sayılan qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib. Ölkədə bu əməliyyat ilk dəfə Mərkəzi Kliniki Xəstəxanada aparılıb. Üzərində damar daxili yolla açıq cərrahiyəyə ehtiyac qalmadan əməliyyat aparılan xəstənin problemi isə qarın boşluğunda olub. Belə ki, qarın aortasının diametri normalda 2 s.m olduğu halda xəstədə bu genişlənərək 10 sm olub. Bu halda aortanın yırtılma ehtimalı çox yüksək olub. Cərrah Kamran Musayev APA TV-yə deyib ki, xəstə yırtılma təhlükəsi ilə müraciət edib: "Bu xəstəmizi biz endovaskulyar-qapalı yolla əməliyyat etdik. Əməliyyatın üzərindən qısa bir müdət keçib və biz bu xəstəmizi artıq evə yazırıq".

 

Əməliyyat xəstənin qarın boşluğunu açmadan bud nahiyəsinin qasıq hissəsindən balaca kəsiklə süni damar yerləşdirməklə həyata keçirilir. Bu cür əməliyyatın üstünlükləri də çoxdur. Açıq əməliyyatda risk və fəsad olduğu halda qapalı əməliyyatda belə təhlükə olmur. Əməliyyat Şərafəddin Rəcəbovun üzərində aparılıb və 2 saata yaxın davam edib. O, 3 il bu xəstəlikdən əziyyət çəkib. Türkiyə və İrana müalicə yollanmaq istəsə də, sonra fikrindən yayınıb: "Həkimlərin əməyi sahəsində mən bu gün bax beləyəm. Hətta əməliyyatdan çıxan kimi özümü çox gözəl sərbəst hiss edirəm. Ona görə, mən çox şadam ki, belə gözəl həyatda insanlarımız var. Belə gözəl həkimlərimiz var".

 

Kişi xəstələrinin 10 faizində rast gəlinən aorta anevrizması həyatı təhlükəli bir problemdir. Xəstəlik təxminən 80 faiz hipertenziya bağlı olaraq, özünü biruzə verir. Aorta anevrizması bir çox xəstələrdə yırtılana qədər heç bir biruzə verməz. Bəzi xəstələrdə isə qarın ağrısı və ürəklə birlikə döyünən sislik şikayətləri ola bilər.

 

 

Müəllif | Apa.Tv