Samuxda iki qardaş bıçaqlandı
Samuxda bıçaqlanma olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.
Kənd sakinləri - 1990-cı il təvəllüdlü Xəyal və 1989-cu il təvəllüdlü Vüsal Məmmədov qardaşları bıçaqlanaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qardaşlar toyda həmkəndliləri tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.