Gəncədə iki maşın toqquşdu
Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb.
“QAZel” və “VAZ-21012” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 1974-cü il təvəllüdlü Ceyhun Bağırov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.