Aşıq Ədalət vəfat etdi
Aşıq Ədalət (Ədalət Nəsibov) dünyasını dəyişib.
APA TV-nin məlumatına görə, oğlu APA TV-yə bildirib ki, aşıq bu gün günorta saatlarında vəfat edib.
Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
Əməkdar incəsənət xadimi sabah dəfn olunacaq.