ABŞ İrana yeni qadağalar qoydu
ABŞ İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
"Bu tədbirlər hökumətin kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş 13382 saylı sərəncamına uyğun olaraq görülüb" - deyə, sənəddə bildirilir.
Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər səviyyədə dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar.