Əli Kərimlinin köməkçisi azadlığa buraxıldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirli barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
APA-nın xəbərinə görə, prosesdə Faiq Əmirli məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Faiq Əmirli Səbail rayon Məhkəməsinin qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Vergilər Nazirliyinin mülki iddiası təmin olunub, dövlətə 39 min manat ödəməli olduğu hökmdə qeyd olunub.
Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.